Bu gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, rayonun Şahsevən kəndində “Qazel” markalı yük maşını ilə “Vaz 2121-Niva” markalı minik avtomobili topquşub.
Nəticədə 1958 təvəllüdlü Araz Qədirov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.