Dənizdə batan şəxsin meyiti tapılıb

08:19 - 22 Avqust 2022 - HADİSƏ

Xəzər dənizində ötən gün batan şəxsin meyiti tapılıb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti