Dənizdə bir nəfər batıb

21:24 - 21 Avqust 2022 - HADİSƏ

Xəzər dənizində bir nəfər batıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, dənizdə ("Lökbatan" sularda xilasetmə məntəqəsindən təqribən 500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti