Avtomobil ana və qızını vurub

19:52 - 21 Avqust 2022 - HADİSƏ

Xaçmazda ana və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Nabran kəndindəki istirahət mərkəzlərinin birinin qarşısında qeydə alınıb. Belə ki, “Chevrolet” markalı minik avtomobili Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Səbinə İqor qızı Barinovanı və onun qızı, 2011-ci il təvəlludlü Sabrina Dmitri qızı Barinovanı vurub. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti