Koronaya yoluxanların sayı yenə ARTDI
17:04 - 21 Avqust 2022 - ÖLKƏ İÇİ
Azərbaycanda son sutkada 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb.
Ucnoqta.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada COVID-19-dan bir nəfər vəfat edib.
Ölkədə bu günədək ümumilikdə 808 569 nəfər koronavirusa yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9 785 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 674 nəfərdir.
Son gün ərzində 3 700, hazırkı dövrədək isə 7 120 436 test aparılıb.