Göytəpə şəhər bazarında yanğın başlayıb

16:34 - 21 Avqust 2022 - HADİSƏ

Cəlilabadda Göytəpə şəhər bazarında yanğın olub. Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Xəbər xətti