Bakıda dönərxanada yanğın olub

11:12 - 21 Avqust 2022 - HADİSƏ

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan obyektin (dönərxana) mətbəxində 1 ədəd mikrodalğalı soba və 1 ədəd stol yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti