Rusiyada güclü zəlzələ oldu

09:39 - 21 Avqust 2022 - DÜNYA

Rusiya Federasiyasının Buryatiya Respublikasının Kurumkanski rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb. Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.Zəlzələ Moskva vaxtı ilə saat 05:56-da baş verib. Rusiya FHN-in məlumatda deyilir ki, zəlzələnin episentri dənizdən 24 km şimal-qərbdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb, həyati təminat vasitələri normal işləyir.

Xəbər xətti