Rusiya sanksiyalardan yan keçmək üçün Türkiyədən istifadə edir -ABŞ
05:15 - 21 Avqust 2022 - DÜNYA
ABŞ maliyyə nazirinin müavini türkiyəli həmkarı Yunus Elitaş ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, Rusiya üzləşdiyi sanksiyadan sonra Türkiyədən istifadə etməyə çalışır.
ABŞ maliyyə nazirinin müavini Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiqi üçün bütün dünyanın göstərdiyi səylərin vacibliyini vurğulayıb.
Adeyemonun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri 30-dan çox ölkə Moskvaya qarşı sanksiyalar tətbiq edib.