Azərbaycanda undan sonra yumurta da bahalaşıb.
Ucnoqta.az xəbər verir ki, bir həftə əvvəl 12-13 qəpiyə satılan ağ yumurta 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib.
Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb.
Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.