Bakıda mağazadan 94 minlik oğurluq edilib

12:44 - 19 Avqust 2022 - HADİSƏ

Bakıda mağaza qarət olunub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisindəki mağazaların birindən 93855 manat dəyərində 35 ədəd mobil telefon oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.

Xəbər xətti