Levandovskinin 70 min avroluq qol saatı oğurlandı

07:33 - 19 Avqust 2022 - HADİSƏ

Robert Levandovskinin 70 min avro qiymətinə olan saatı oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, oğurluq Barselona bazasının yaxınlığında baş verib .

Məşqə gedən futbolçunu azarkeşlər məşq kompleksinin yaxınlığındakı döngədə gözləyirmişlər. Hadisə şahidlərindən birinin sözlərinə görə, oğru mobil telefon oğurlamaq niyyəti ilə maşının sərnişin qapısını açıb. Levandovski avtoqraf vermək üçün maşınını saxlayıb. Bu zaman Patek Phillippe modelindən olan 70.000 avro dəyərində saat oğurlanıb.

Levandovski oğrunu yaxalayıb saatını geri almağa çalışsa da, cinayəti törədən şəxs qaçıb və futbolçu onu gözdən itirib.
Polis oğrunun tutulmasına kömək edib. Polislər cinayəti törədən şəxsə etiraf etdikdən sonra Barça bazası yaxınlığındakı bağlarda basdırılmış saatı tapıblar.

Xəbər xətti