Rəqqasə Rəna Ağamuradova ( Renka) bacısı Səadətə süpriz edib.
Ucnoqta.az xəbər verir ki, o, bacısına yeni avtomobil bağışlayıb. Bununla bağlı sənətçi instaqramda video paylaşıb.
O, bacısına süpriz etdiyi anları izləyiciləri ilə bölüşüb:
"Bacımı aldatdım ki, maşınını ustaya aparıram. Vəziyyəti pis idi və maşını dəyişdim. İnşallah bundan da bahalısını alacam. Sizə hər şey qurbandı".
///Olay.az