Rusiyanın Belqorod vilayətinin Valuyski rayonunun Timonovo kəndi yaxınlığında sursat anbarı yanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat verib.
Son məlumatlara görə, itki yoxdur.
530 nəfərin yaşadığı kənd sakinləri təxliyə edilib. Yanğının səbəbi müəyyənləşdirilir.