Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərt açıqlayıb

21:10 - 18 Avqust 2022 - DÜNYA

Moskva ilə danışıqlar yalnız rus qoşunları tutduqları Ukrayna ərazilərini tərk etdikdən sonra mümkündür.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Lvovda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqların yekununda bildirib.

“Sülh danışıqlarının başlaması üçün əvvəlcə Rusiya tutduqları əraziləri tərk etməlidir”, -deyə o bildirib.

Xəbər xətti