Ana səhifə Mobil versiya
27 Sentyabr 2022

Binəqədidə uzunluğu 800 metr olan yol təmir edilir - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi qəsəbəsinin I Mədən küçəsi, II korpus ünvanında təmir işləri aparır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, ümumi uzunluğu 800, ortalama eni 5 metr olan küçənin təmir işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol əsasının və küçənin profilə salınması işləri görülür. Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək.

​Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Tarix
18 Avqust 2022 [12:00]
Müəllif
Üç nöqtə
2022-08-18 12:00:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin