Dəniz sahilində kişi və qadın meyiti tapıldı

13:27 - 17 Avqust 2022 - HADİSƏ

Sumqayıtda dənizdən 2 meyit tapılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.
Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti