Azərbaycanda ana iki uşağı ilə itkin düşdü

10:52 - 17 Avqust 2022 - HADİSƏ

Ağdamda ana övladları ilə birgə itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Ayaqqərvənd kəndində baş verib.

28 yaşlı Fərəcova Ülviyyə Tərlan qızı iki azyaşlı övladı - Polad və qızı Hədiyyə ilə birgə onların şəxsiyyət vəsiqələrini də götürərək yaşadığı evdən çıxıb. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xəbər xətti