Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Qarqucaq kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Məmmədli Rahim Göyüş oğlu, 1998-ci il təvəllüdlü Orucov Məqsəd Mübariz oğlu və 1998-ci il təvəllüdlü Kərimov Nurlan Müqədim oğlu xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb./report