Bakıda gənc oğlan bıçaqlanıb

09:25 - 16 Avqust 2022 - HADİSƏ

Bakının Xətai rayonunda bıçaqlanma baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə “NZS” qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Quliyev Nərman Fərman oğlu parkda dava zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti