Sabirabadda un qıtlığı yaranıb

13:46 - 15 Avqust 2022 - ÖLKƏ İÇİ

Sabirabad rayon Nəsimi kənd sakinləri rayonda un tapılmaması ilə əlaqədar müraciət ediblər.

Ucnoqta.az xəbər verir ki, rayonun bir qrup sakini un qıtlığı səbəbindən Azad İstehlakçılar İctimai birliyinin Sədiri Eyyub Hüseynova ərizə ünvanlayıblar.

Həmin ərizəni təqdim edirik:

 "Azad İstehlakçılar İctimai birliyinin Sədiri Eyyub Hüseynova Sabirabad rayon Nəsimi kənd sakinləri tərəfindən

ƏRİZƏ
Hörmətli Eyyub müəllim, sizi mətbuatdan haqqı-ədaləti müdafiə edən ,insanlara təmənnasız kömək edən bir şəxs kimi tanıyırıq. İllərin təcrübəsindən belə qənaətə gəlmək olarki daha zəhmətkeş, hamıdan çox işləyib az qazanan, əkdib becərdiyi məhsulları dəyər dəyməzinə satmağa məcbur olan kənd sakinləridir. Onsuzda bizim kəndimizdə qaz yoxdu, su yoxdu, internet yoxdu ,yol yoxdu. Bu yoxların siyahısına insanın yaşaması, qidalanması üçün vacib olan unda əlavə olnub. Sizə məlum edirəm ki, Sabirabad rayonu ərazisində o cümlədən Şirvan şəhərində böyük un qıtlığı var çörəkdə tapılmır. Hətda kəndlərdən rayon mərkəzinə gedirik amma un tapa bilmirik və yaxud kimlərinsə marağına görə gizlədilibdir. Hökumət orqanları o cümlədən Kənd Təsərrüfatı Nazirliyi dəfələrlə elan edibki qıtlıq olmayacaq. Hətta sizində dilinizdən eşitmişik ki Azərbaycanda defsit gözlənilmir. Lakin 1 həftədən çoxdurki Sabirabad rayon ərazisində və ona qonşu olan Şirvan şəhərində də un tapilmir və çörəklərin satışındada gecikmələr olur. Bu un qıtlığından rayon icra hakimiyətinin də məlumatı var. Lakin heç bir tədbir görmək istəmirlər. İndi bu kasıb kənd camahatı nə etməlidir? Su yoxdur ki torpaqlarmız da taxıl əkib becərək. Pul yoxdur ki gedib xarici ölkədən un alıb gətirək. Bu barədə İqtisadiyyat Nazirliynin 599-76-00 telefon nömrəsinə məlumat verdik , aldığımız cavab bu olduki bizlik deyil gedin başqa dövlət orqanlarına müraciət edin. İndi biz hara müraciət edək dərdimizi kimə deyək? Hörmətli Eyyub müəllim xahiş edirik istehlakçıların haqlı maraqlarını daim müdaifə edən şəxs kimi bizim səsimizi ən ali dövlət orqanlarına çatdırasınız ki Sabirabad rayonu unla təmin olunsun. Bu problemin həllinə nə rayon icra hakimiyyəti nə bələdiyyə sədiri yaxın gəlir. Biz güman edirik ki un var amma gizlədilir. Sizdən xahiş edirik bu un oynuna son qoyulmasına köməklik göstərəsiniz. Ərizəmizi öz imzalarımızla təsdiq edirik.
1) Novruzov Elşad 0506891705
2) Abdullayev Hüseyin 0505843953
3) Sadıqov İdrak 0519903004
4) Cəfərov Mahir 0507688868

Xəbər xətti