Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.
VAR hakimləri Neyts Kaytazoviç və Yure Praprotnik olacaq.
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.