İrəvanda partlayışda ölənlərin sayı artıb - 27 nəfər itkin düşüb - ANBAAN VİDEO

22:11 - 14 Avqust 2022 - HADİSƏ

Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib.

Ucnoqta.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 2 nəfər həlak olub, 57 nəfər isə xəsarət alıb. 27 nəfərin axtarışları davam edir.


14:28

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində pirotexniki mallar satılan ərazidə yanğınla müşayiət olunan partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 14 yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Xəbər xətti