"Viktoriya" bizə sürprizlər edə bilər" - Qurban Qurbanov

22:14 - 13 Avqust 2022 - İDMAN

Azərbaycan Premyer Liqasının II turunda “Qarabağ” səfərdə "Sumqayıt"la qarşılaşıb. Oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.

Ucnoqta.az xəbər verir ki, oyundan sonra Qurban Qurbanov "Viktoriya" ilə bağlı sualı cavablandırıb. Qurban Qurbanov "Viktoriya"nın oyununa baxdığını bildirib:

 "Viktoriya"nın oyununa baxmışıq. Bu gün bəzi elementlər var idi ki, bir-birinə bənzəyirdi. Amma bizə qarşı sürprizləri ola bilər. Oyuna kimi 3 gün vaxtımız var. Rəqibi daha yaxından incələyəcəyik. Ümumiyyətlə düşünürəm ki, bu matç gələcəyimiz üçün çox faydalı oldu". 

Xəbər xətti