“Qarabağ” - “Viktoriya” oyununa biletlərin qiyməti bahalaşdı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) oyununun biletləri sabah - avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq.

Ucnoqta.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).

Qeyd edək ki, "Qarabağ"ın əvvəlki avroliqa oyunlarında biletlərin qiyməti 5, 10, 20, 50 və 75 manat təşkil edirdi.

Tarix
13 Avqust 2022 [20:14]
Müəllif
Üç nöqtə
2022-08-13 20:14:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin