DSMF büdcəsindən əhaliyə 3 milyard manatdan çox ödəniş edilib

16:10 - 12 Avqust 2022 - ÖLKƏ İÇİ

2022-ci ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 1,4 faiz və ya 46 mln. manat çox olmaqla 3 mlrd. 287 mln. manat təşkil edib.

Nazirlikdən verilən məlumata görə, DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-iyul aylarında bu daxilolmalarda 1,7 faiz və ya 44 mln. manat artım baş verib, ümumilikdə 2 mlrd. 609 mln. manat sığorta yığımı həyata keçirilib.

Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz və ya 182 mln. manat artaraq 3 mlrd. 53 mln. manat olub.

Xəbər xətti