"Fəxr edirəm ki, həmin bölgədənəm" - VİDEO

23:44 - 11 Avqust 2022 - Müsahibə

Xatırladaq ki, məşhur UFC döyüşçüsü Rafael Fiziev Bakıda səfərdədir.

Ucnoqta.az xəbər verir ki, Rafael Fiziev CBC Sport televiziyasına müsahibə verib. O, müsahibəsində atasının Biləsuvardan olduğunu bildirib: "Bu yaxınlarda qohumlarımdan Milli Qəhrəmanımız, şəhid  Mübariz İbrahimovun da Biləsuvardan olduğunu eşidəndə çox böyük qürur hissi keçirdim. Mənim üçün bu həqiqətən də böyük fəxrdir. Fəxr edirəm ki, həmin bölgədənəm və mənim əslim ordandır".

Qeyd edək ki, R. Fiziyev 5 mart 1993-cü ildə Qazaxıstanda doğulub. Atası milliyətcə azərbaycanlı (Biləsuvar rayonu), anası isə rusdur. Sonralar Qırğızıstana köçmüş və orada Polis Akademiyasında təhsil alıb.


"Ataman" ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. O, ötən ayın 9-da braziliyalı Rafael dos Anjosla döyüşə ilk dəfə Azərbaycan bayrağı altında çıxaraq qələbə qazanıb.

Xəbər xətti