Qusarda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb

Qusar rayonunda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Avaran kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1939-cu il təvəllüdlü Yanvar Zuxayəddin oğlu Qaraxanov meşədə üzərinə ağac düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı koma vəziyyətində Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Tarix
11 Avqust 2022 [10:41]
Müəllif
Üç nöqtə
2022-08-11 10:41:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin