Ana səhifə Mobil versiya
26 Sentyabr 2022

Hacı Əliyevlə iranlı güləşçi arasında DAVA DÜŞDÜ - ANBAAN VİDEO

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçisi Hacı Əliyevlə iranlı güləşçi arasında gərgin anlar yaşanıb. 

Gərginliyə sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin İran güləşçisi Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakimlərin ədalətsiz qərarları səbəb olub. Hacı Əliyevin rəqibə qarşı fəndləri hakimlər tərəfindən qeydə alınmayıb.

Bundan sonra idmançılar arasında gərginlik yaranıb. Hakimlərin ədalətsizliyinə və iranlı güləşçinin təxribatçı hərəkətlərinə baxmayaraq, Hacı Əliyev görüşü sona qədər davam etdirib və əzmkar qələbə qazanıb. 1:4 hesabı ilə geridə olan güləşçimiz görüşün bitməsinə az vaxt qalmasına baxmayaraq, tətbiq etdiyi fəndlərlə önə keçib. Hacı Əliyev 8:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib./gundem.az

Tarix
10 Avqust 2022 [20:43]
Müəllif
Üç nöqtə
2022-08-10 20:43:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin