Yevlaxda yataqxanada yanğına görə saxlanılan var

Xəbər verildiyi kimi, avqustun 9-u saat 18 radələrində Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin dam örtüyündə yanğın hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib ki, dərhal yanğının baş verdiyi yerə Fövqaladə Hallar Nazirliyinin Yevlax, Bərdə, Mingəçevir yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilərək yanğın söndürülüb, binada olan 300-dən çox sakin təxliyyə edilib.

Hadisə zamanı binada yaşayan sakinlərdən hazırda xəstəxanaya müraciət edən olmayıb.
Yanğının söndürülməsi ilə bağlı tədbirlərə cəlb edilmiş Yevlax Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı və Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, onlara tibbi yardım göstərilib, hazırda vəziyyətləri normaldır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb.

Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
9 Avqust 2022 [22:50]
Müəllif
Üç nöqtə
2022-08-09 22:50:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin