Xalq artisti Məleykə Əsədova yenidən plastik əməliyyat etdirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb.
56 yaşlı aktrisa kök hüceyrə etdirəcəyini açıqlayıb. O bu proseduru əl, üz və boyun nahiyələrinə etdirəcəyini qeyd edib:
"Qərara gəldim ki, kök hüceyrə etdirim. Bədənimdə piyim olmadığına görə, kök hüceyrələr qulağımın arxasından götürüləcək. Əslində, dolğuya qarşıyam, heç sevmirəm. Heç vaxt da olmayıb üzümdə. Amma baxım da lazımdır".