Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib

Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media agentliklərinə müsahibə verib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov "TRT World", habelə "Hürriyyət", "Anadolu" agentliyi, "Haber Global" və "Daily Sabah" müxbirlərinin 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülh və əminamanlığın təmin olunması istiqamətində səylər, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar, Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistanın Üçtərəfli Bəyanatları pozması və öhdəliklərini yerinə yetirməməsi, Türkiyə-Ermənistan normallaşma prosesi, Zəngəzur dəhlizi üzrə işlər, Şuşa Bəyannaməsindən irəli gələn tədbirlər, habelə Londondakı səfirliyimizə radikal dini qruplaşmaların hücumu barədə sualları cavablandırıb.

Nazir media nümayəndələrinə Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsi və çoxsaylı əməkdaşlıq istiqamətləri, bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən aparılan bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xəttlərinin bərpası, habelə mina təhlükəsi barədə məlumat verib, digər qarşılıqlı maraq doğuran sahələrdə müzakirə aparılıb.

Tarix
9 Avqust 2022 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-09 14:14:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin