Ukraynada “Bayraktar”ların istehsalı zavodu tikiləcək

13:07 - 8 Avqust 2022 - DÜNYA

Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı üçün zavod tikəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib.

"Baykar artıq Ukraynada şirkət yaradıb (https://bit.ly/3vMdjJY), torpaq sahəsi alıb və zavod layihəsi hazırlayıb - şirkət planı tamamlamağı planlaşdırır."

Səfir əlavə edib ki, Ukraynada Bayraktar istehsalına mühərrik, təkər və ehtiyat hissələri istehsal edən ukraynalı istehsalçılar cəlb olunacaq.

"Zavod tikiləcək. Cəmi bir həftə əvvəl hökumət ikitərəfli sazişi təsdiqlədi və ratifikasiya üçün parlamentə göndərib", - diplomat bildirib.

Xəbər xətti