Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var

23:50 - 5 Avqust 2022 - HADİSƏ

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzaya yolun yağışlı və sürüşkənliyi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti