​​​​​​​Sumqayıtda 63 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evinin həyətində təmizlik işləri aparan ev sahibi, 1959-cu il təvəllüdlü Xuraman İbadova tullantıları yandırmaq üçün ocaq qalayıb. Bu zaman 63 yaşlı X. İbadova huşunu itirərək ocağa yıxılıb. Yaxınları yanıq xəsarəti alan qadını xəstəxanaya aparıblar. Görülən tədbirlərə baxmayaraq qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
5 Avqust 2022 [19:25]
Müəllif
Üç nöqtə
2022-08-05 19:25:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin