Azad olunmuş ərazilərdə metal yığanlar həbs edilib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və mina təhlükəsi olan ərazilərə qanunsuz daxil olaraq dəmir tullantıları yığan şəxslər həbs edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, idarələrində olan avtomobillə Talış kəndi ərazisinə gizli yollarla daxil olaraq, orada metal tullantıları toplamağa cəhd göstərən şəxslər Tərtər RPŞ-nin əməkdaşları tərəfindən aşkar ediliblər. Həmin şəxslərə saxla işarəsi verilsə də onlar polisin qanuni tələbini yerinə yetirməkdən yayınaraq idarələrində olan avtomobillə qaçmağa cəhd göstəriblər. Keçirilmiş tədbirlərlə həmin şəxslər saxlanılıb. Araşdırmalarla onların Fəqan Mirzəyev və Əli Ağalarov olduğu müəyyən olunub.

Adıçəkilən şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və qərara əsasən hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
5 Avqust 2022 [14:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-05 14:10:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin