Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi - Foto

Avqustun 4 -də saat 17:45-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.

Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Abşeron rayon Masazır qəsəbə sakinləri 22 oktyabr 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 31 mart 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilərək, ilkin tibbi yardım göstərildikdən sonra “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.

Tarix
5 Avqust 2022 [13:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-05 13:37:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin