"100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur" - Mikayıl Cabbarov

11:35 - 5 Avqust 2022 - Cəmiyyət

İdxaldan asılılığın azaldılması və yerli istehsala dəstək məqsədilə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən “Diamed Development Group” MMC-yə 766 min manat investisiya yatırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

Nazir həmçinin bildirib ki, illik istehsal gücü 20 milyon ədəd infuzion və dializ məhsulları olan zavodda 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər xətti