Bakıda 15 yaşlı qız itkin düşüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 3-də Yasamal rayonu,
Ü.Əkbərov küçəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Məmmədzadə Ayan Aqşin qızı qonaq gəldikləri evdən gizli şəkildə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis şöbəsi tərəfindən araşdırma aparılır.
Tarix
5 Avqust 2022 [10:05]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin