Çinin atdığı raketlər Yaponiya iqtisadi zonasına düşdü

19:58 - 4 Avqust 2022 - DÜNYA

Çinin Tayvan yaxınlığında keçirdiyi təlim zamanı atdığı 5 ballistik raket Yaponiyanın iqtisadi zonasına düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri Nobuo Kisi deyib.

O bildirib ki, bu, Çinə məxsus raketin Yaponiya sularına düşməsi ilə bağlı ilk faktdır:

“Bu, ölkənin və insanların təhlükəsizliyi ilə bağlı ciddi problemdir”.

Xəbər xətti