Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı - Qərar

18:36 - 3 Avqust 2022 - Cəmiyyət

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb.

Xəbər xətti