Çinin hərbi təyyarələri Tayvanın hava məkanına daxil oldu

00:15 - 3 Avqust 2022 - DÜNYA

Çinin 21 təyyarəsi Tayvanın hava məkanını pozub.

Ucnoqta.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, sözügedən təyyarələrin Tayvanın hava hücumundan müdafiə zonasının cənub-qərbini pozduğu bildirilib.

Çin isə təyyarələrinin Tayvan boğazını keçməsi ilə bağlı gələn xəbərləri təkzib edir.

Nazirlik, Çinə məxsus “Su-35” tipli döyüş təyyarələrinin Tayvan boğazından keçməsi ilə bağlı yayılan xəbərləri təkzib edərək, sözügedən xəbərin saxta olduğunu bildirib.

Xəbər xətti