Bakıda ağacların dibi asfaltdan təmizlənib

17:11 - 2 Avqust 2022 - Xəbər

Bakıda ağacların dibi asfaltdan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Ənvər Qasımlı küçələrinin kəsişməsində ağacların dibinin asfaltlanması faktı aşkar olunub.

Ağacların dibi Xidmətin əməkdaşlarının nəzarəti altında 13 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.

Xəbər xətti