Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanıb.
Hazırda yanğın söndürülüb.
Əlavə məlumat veriləcək.