ABŞ Ukraynaya daha 4 HIMARS sistemi verdi

18:45 - 1 Avqust 2022 - DÜNYA

ABŞ-ın göndərdiyi əlavə 4 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi Ukraynaya çatdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Twitter" hesabındakı paylaşımında bildirib.

O, ABŞ Prezidenti Co Baydenə, Pentaqon rəhbəri Lloyd Ostinə və Amerika xalqına Ukraynanın müdafiə qabiliyyətini dəstəklədiklərinə görə təşəkkür edib.

"Biz sübut etdik ki, bu silahları idarə edə bilərik",- Reznikov vurğulayıb.

Xəbər xətti