Azad edilən ərazilərdə ötən ay 683 mina aşkarlandı

15:49 - 1 Avqust 2022 - Cəmiyyət

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1 028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 6,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Xəbər xətti