"Nəhayət ki, barəsində eşitdiyimiz, amma gizlin saxlanılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna dəyişiklik dərc olundu və üzünü gördük."
Ucnoqta.az xəbər verir ki, bu barədə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib. Əkrəm Həsənovun apardığı hesablamanı təqdim edirik: "Qısa nəticə budur ki, bir neçə nəfər istisna olmaqla işləri-gücləri yalnız düymə basmaqdan və bəzən pafoslu çıxışlar etməkdən ibarət olan, hüquqdan və qanundan xəbəri olmayan, qanunvericilik təşəbbüsü ilə çıxış etməyən deputatlarımızın xalis rəsmi gəliri aşağıdakı kimi dəyişib:
1. Spiker 5789 əvəzinə 9001,5 manat alacaq;
2. Spikerin birinci müavini 5210,1 əvəzinə 8202,76 manat alacaq;
3. Spikerin müavini 4920,65 əvəzinə 7803,38 manat alacaq;
4. Komitə və komissiya sədri 4631,2 əvəzinə 7404 manat alacaq;
5. Komissiya sədrinin müavini 4341,75 əvəzinə 7003,07 manat alacaq;
6. Sıravi deputat 4052,3 əvəzinə 6537,13 manat alacaq. Beləliklə, deputatın maaşı 61%-dən çox artıb!"