Türkiyə ordusu 5 terrorçunu məhv etdi

13:22 - 31 İyul 2022 - DÜNYA

Türkiyə ordusu “Barış bulağı” bölgəsinə hücuma hazırlaşdıqları təyin olunan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

““Barış bulağı bölgəsinə hücuma hazırlaşdıqları təyin olunan 5 PKK/YPG terrorçusu atəşə dəstək maşınları ilə zərərsizləşdirilib. Terrorçuları aşkar etdikləri yerdə zərərsizləşdirməyə davam edəcəyik!”

Xəbər xətti