Rusiyanın Qara dəniz Donanmasının qərargahı VURULDU
10:31 - 31 İyul 2022 - DÜNYA
Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sevastapol qubernatoru Mixail Razvojayev “Telegram”da paylaşım edib.
Nəticədə 5 nəfər yaralanıb.
Təhlükəsizliklə əlaqədar Rusiya Hərbi-Dəniz Donanması Gününə həsr olunmuş təntənəli tədbirlər ləğv edilib.
Ukrayna Baş Qərargahı hələlik məsələ ilə bağlı məlumat yaymayıb.