ABŞ-da F-35-lərin uçuşları dayandırıldı

09:51 - 31 İyul 2022 - DÜNYA

ABŞ Hərbi Hava Qüvvələri beşinci nəsil “F-35A Lightning II” qırıcılarının uçuşlarını dayandırıb.

Ucnoqta.az xəbər verir ki, buna oturacaqların katapult piromexanizmindəki problemlər səbəb olub.

Son yoxlama zamanı bəzi təyyarələrdə pilotların xilasetmə sistemində problemlər aşkarlanıb. Məhz buna görə də ABŞ ordusu bütün təyyarələrin uçuşlarını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Hazırda ABŞ Hərbi Hava Qüvvələrində 349 ədəd “F-35 Lightning II” qırıcısı var.

Xəbər xətti